“Makiyajım tamamlananda ağlamağa başladım” - AKTRİSA

“Makiyajım tamamlananda ağlamağa başladım” - AKTRİSA

Merilin Monrodan bəhs edən “Blonde” filminin baş rolu Ana De Armas yeni açıqlaması ilə diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi Monroya bənzəmək üçün edilən qrimi bitdikdən sonra özünü görüb çox təsirləndiyini qeyd edib.

“Özümü Merilin Monro kimi gördükdə çox duyğulandım. Təxminən 9 aya yaxın idi ki, bu iş üzərində işləyirdim və makiyajım tamamlananda ağlamağa başladım. Bu qorxulu, həm də çox gözəl anlar idi”.

Xatırladaq ki, Ana əvvəlki müsahibəsində çəkiliş zamanı Merilinin ruhunun onunla olduğunu da demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə