“La case de papel” serialının çəkilişlərinə başlanılıb

İspaniyada “La case de papel” serialının çəkilişlərinə başlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb. Qeyd olunub ki, layihənin adı “Berlin” adlandırılıb. Serialın rejissorları Albert Pinto, David Barrocal və Geoffrey Cowperdir. Çəkilişlər İspaniya və Fransada aparılacaq.

Serial Pedro Alonsonun canlandırdığı Berlin obrazının hekayəsindən bəhs edəcək. Ssenari qəhrəmanının dəstəyə qoşulmasından çox əvvəl baş verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə