Xarici müğənni Dua Lipa və komediyaçı Trevor Noah Nyu-Yorkda görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb. Qeyd olunub ki, sevgililər restoranlardan birində nahar edib, sonra birlikdə ayrılıblar. Hətta cütlük öpüşüb və həmin an lentə alınıb.
“Restoranda hamıdan uzaqda sakitcə oturdular. Onlar nahar boyunca səmimi idilər”,- deyə vurğulanıb.
Xatırladaq ki, ötən il Lipa Bella Hadidin qardaşı Hadid Ənvardan ayrılıb. Bu ilin may ayında isə münasibətə başladığı Noah Minka Kelli ilə eşqi bitib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB