Ramil Nabran Rəhimlə xatirələrini bölüşdü

“Kimindiki bu dünya? Nə sənin? Nə mənim? Nə də başqasının. Səhəri bu xəbərlə oyanmaq və bunun real olduğuna inanmaq çox, amma çox çətindir”. SİA xəbər verir ki, bu sözləri dünyasını dəyişən müğənni Rəhim Rəhimlinin duet ortağı və dostu Ramil Nabran “İnstaqram” hesabında yazıb.

“Azərbaycanda musiqi və estrada sahəsində böyük işlər görmüş, bir zamanlar isə MTV kanalını brend hala gətirən, dahi sənətçi və dostum Rəhim!

Allah sənə rəhmət eləsin. Fanidir bu dünya. Nə dostundu, nə də düşmənin”, - deyə ifaçı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə