Rihanna illər sonra susqunluğunu pozacaq

Məşhur müğənni Rihanna illər sonra susqunluğunu pozacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, günlərdir musiqi studiyasına gedərkən görüntülənən müğənni səhnəyə qayıdır.

Məlum olub ki, Riri budəfəki “Super Bowl”da səhnəyə çıxacaq.

Bu barədə o, sosial media hesabında paylaşım edib. Əlində Amerikan futbolunun topunu tutduğu fotonu izləyiciləri ilə bölüşən ifaçı heç bir şərh yazmasa da, media artıq bu barədə məlumat yayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə