Müğənni ölən oğlunu paylaşdı - FOTO

Türk müğənni Ebru Şallı iki il öncə aprel ayında xərçəngdən dünyasını dəyişən oğlu Pars ilə bağlı paylaşım edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ebru 9 yaşında vəfat edən oğlunun bu gün doğum günü olduğunu vurğulayıb.

Pars ilə fotolarını paylaşan model “Yaxşı ki sənin kimi bir mələklə yaşadım. Çox şanslıyam. Mən həmişə səninləyəm, həmişə…”, - deyə, qeyd edib.

Xatırladaq ki, Şallının 18 yaşlı Beren adlı daha bir oğlu var.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə