Müğənniliklə yanaşı aktrisalığa da maraq göstərdiyini dilə gətirən Hadisenin arzusu yarımçıq qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hayko Cepkinlə musiqili tamaşa hazırlığında olan ifaçı son anda layihədən çəkilib.

Sənətçinin Mehmet Dinçerlerlə boşanma ərəfəsində olduğu üçün bu addımı atdığı bildirilir.

Hadisenin yerinə isə aktrisa Elçin Sanqu gətirilib.

Xatırladaq ki, Elçin müsahibəsi zamanı yaxın günlərdə yeni layihə ilə sevənləri qarşısına çıxacağını söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə