Yunan müğəninin Bakı və Şuşaya səfəri müzakirələrə səbəb olub

Yunanıstanın 2012-ci il “Avroviziya” təmsilçisi Eleftheria Eleftherinin Bakıya və Şuşaya gəlməsi müzakirələrə səbəb olub. SİA xəbər verir ki, yarışmanın fanatları sosial şəbəkələrdə onu tənqid ediblər. Onlar bildiriblər ki, Eleftherianın təbliğat məqsədilə Azərbaycana gəlməsi yolverilməzdir.

Müğənni isə yazılanlara əhəmiyyət verməyərək Bakıdan paylaşımlar etməyə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə