Aktrisa Raksana İmir yeni açıqlama yayıb

Aktrisa Raksana İmir ona hücum edən qadınla bağlı yeni açıqlama yayıb.

SİA xəbər verir ki, sənətçi polisin işi nəzarətə götürdüyünü açıqlayıb: “Bu gün Binəqədi Rayon Baş Polis İdarəsinin rəhbərliyi bizi qəbul etdi. Araşdırmalar davam edir. Yaxın günlər ərzində bu məsələnin son nəticəsini sizinlə paylaşacağam. Başda cənab nazirimiz olmaqla, Binəqədi Rayon Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Raksana tanımadığı qadının hücumuna məruz qalmışdı. O, "İnstagram"da video paylaşaraq mühafizənin xəbərdarlığından sonra qaraja düşüb maşının yerini dəyişmək istədiyini, lakin xanımın ona hücum etdiyini, qoluna cırmaq atdığını və təhqirlər səsləndirdiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə