Məşhur cütlük barışdı

Türk aktrisa İrem Helvacıoğlu yeni ilə dəqiqələr qalmış 31 dekabr 2021-ci ildə sosial şəbəkədə Yolaç Özcana eşqini elan etmişdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, toy dəvəti gözləyən qohumlar iyul ayında qəfildən ayrılıq xəbərini eşidəndə şoka düşüblər.

“İnstagram”dan xoşbəxtlik kadrlarını silən keçmiş sevgililər bir-birindən uzaq qala bilməyiblər.

Özlərinə yeni şans verdiklərini deyən Helvacıoğlu, "Bəzi fikir ayrılıqları oldu və danışdıq. Onları aşacağımıza qərar verdik və bir-birimizə bir şans daha verdik" dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə