Şahzadə Çarlz Uilyam ilə nahar etməkdən imtina edib

Şahzadə Çarlz Uilyam ilə nahar etməkdən imtina edib

İngiltərə kraliçası II Elizabetin ölümü günü Meqan Marklın kral ailəsinə qoşulması qadağan edildikdən sonra Şahzadə Harri Kral Çarlz Uilyam ilə nahar etməkdən imtina edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, II Elizabetin səhhətinin pisləşməsi məlum olan kimi Şahzadə Harri və Meqan Markl kral ailəsinin digər üzvlərinə qoşulmaq və kraliça ilə vidalaşmaq üçün Balmoral qalasına getmək istəyiblər. Lakin Çarlz kiçik oğluna xanımını qalaya gətirməyi qadağan edib və bunun “uyğunsuzluq” olacağını bildirib.

Harri atasını fikrini dəyişməyə inandırarkən o, Uilyam, Edvard və Endrünün Şotlandiyaya uçduqları təyyarəni qaçırıb və bu səbəbdən də nənəsi ilə vidalaşmağa vaxtı olmayıb.

“Harri atasının Meqan haqqında fikrini dəyişməsinə nail olmaq üçün o qədər məşğul idi ki, təyyarəyə gecikdi. O qədər qəzəbləndi ki, atası və qardaşı ilə nahar etməkdən imtina etdi və səhər Balmoraldan Londondakı xanımının yanına uçan ilk şəxs oldu”,- deyə bildirilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə