“Qızıl qələm” mükafatı laureatı, Yazıçılar Birliyinin üzvü, şair-publisist Qılman İman infarkt keçirib. SİA xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Bu dəfə Allah məni anama, övladlarıma bağışladı. Bir sıfır infarktın xeyrinə. Ürəyin qədrini bilin”, - deyə, şair paylaşımında qeyd edib.

Qeyd edək ki, 36 yaşlı Q. İman 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə