Türkiyənin ATV kanalında “Ben Bu Cihana Sığmazam” serialında Dağlıq Qarabağla bağlı səhnələrə yer verilib. SİA xəbər verir ki, tanınmış aktyor Oktay Kaynarcanın baş qəhrəman olduğu ekran işinin birinci bölümündə 44 günlük Vətən Müharibəsinə toxunulub.
Cezayir türk adlı hərbçinin azərbaycanlı əsgərlərlə dialoqu əks olunub. Daha sonra Şuşanın işğaldan azad olunduğu qeyd edilib.
Sözügedən layihədə Ebru Özkan, Pelin Akil, Hakan Karahan, Işıl Yücesoy və başqa aktyorlar yer alıb.
Serialın rejissoru Onur Tan, ssenari müəllifləri Yusuf Reha Alp, Mahinur Ergün və Ali Can Yaraşdır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB