"Athena" qrupunun pərəstişkarları üçün şok xəbər!

"Athena" qrupunun pərəstişkarları üçün şok xəbər!

"Athena" qrupunun gitara ifaçısı Hakan Özoğuzdan pərəstişkarlarını kədərləndirən xəbər gəlib. SİA xəbər verir ki, Özoğuzun lenfoma xəstəliyi olduğu öyrənilib. 45 yaşlı Özoğuz bu yaxınlarda Amerikan Xəstəxanasında müalicə alıb. Müalicəsi səbəbindən bir müddət bəzi konsertlərdə iştirak edə bilməyən Özoğuzun xəstəxanadan buraxıldığı öyrənilib. Özoğuz həmçinin "tvitter" hesabından 11 avqustda müalicə səbəbi ilə bir müddət konsertlərə qatıla bilməyəcəyini açıqlayıb və “Daha əvvəl paylaşdığım xəstəliyimin müalicəsinə görə ola bilsin ki, konsertlərdə iştirak edə bilməyəcəm. Meydanda görüşənədək dostlar” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə