Primadonna Alla Puqaçova Rusiya Ədliyyə Nazirliyindən onun əri, yumorist Maksim Qalkindən sonra xarici agent kimi onun da tanınmasını xahiş edib.
Xatırladaq ki, SİA-nın da əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl Maksim Qalkin Rusiya Ədliyyə Nazirliyi tərəfindən fiziki şəxslər-xarici agentlər siyahısına daxil edilib.
“Kommersant” xəbər verir ki, Alla Puqaçova bu barədə sosial şəbəkələrdə məlumat yayıb. O, açıqlamasında “vicdanlı, ləyaqətli, səmimi insan” və “Rusiyanın vətənpərvər”i olan əri ilə həmrəylikdən yazıb.
Puqaçova, Qalkinin vətənə firavanlıq və əmin-amanlıq arzuladığını vurğulayıb.
Bir daha xatırladaq ki, Qalkin sentyabrın 16-da fiziki şəxslərin-xarici agentlərin reyestrinə daxil edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB