Məşhur müğənni Hadisə əri Mehmet Dinçerlərlə boşanma qərarı verərkən çətin günlərində yanında iki nəfər olub. SİA xəbər verir ki, ayrılma qərarını "İnstaqram" hesabından açıqlayan Hadisə bunları deyib: "Razılaşma ilə bitirə bilmədiyimiz üçün boşanma qərarını sizinlə bölüşmək istəyirəm. Mehmetə həyatında xoşbəxtlik arzulayıram. Əməyi keçən hər kəsə təşəkkür edirəm".
Hadisədən sonra paylaşım edən Mehmet Dinçerler onun haqqında deyilənlərə cavab verib. Hadisənin geyim seçimlərinə qarışaraq sənət həyatına müdaxilə etdiyini, boşanma qərarından sonra müğənnidən üzük və qızılı geri tələb etdiyini iddia edən Dinçerler, "Mənə edilənlər ədalətsizdir. Hadisənin dəstəkçisi mən idim. Ailəmlə birlikdə konsertlərini cəbhədən qürurla izlədim. Ona görə irəli sürülən iddialar məni təəccübləndirdi. Evliliyimizi bitirmək qərarı bizim ortaq baxışımızdır. Hadisədən heç bir xahişim olmadı. Öz dünyama qayıtmaq üçün hər kəsdən hörmət etməyi xahiş edirəm” dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB