Navai tənqidlərə belə cavab verdi

Rusiyada məşhurlaşan Azərbaycan əsilli müğənni Navai (Nəvai Bəkirov) sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib. SİA xəbər verir ki, bu barədə ifaçı “İnstaqram” hesabında məlumat paylaşıb.

“Niyə həmişə hamı biz artistlərin üstünə düşür? Biz bütün insanlığı dəstəkləyirik, amma incəsənətlə! Biz artistlər bu dünyada heç nəyi həll etmirik, bütün aqressiv insanlar bizdən əl çəksin! Biz sülh tərəfdarıyıq. Amma söhbət vətəndən gedirsə, hər kəs onu dəstəkləməyə məcburdur. Mənim ölkəmdə matəmdir, mən də bu matəmi saxlamalıyam”, - deyə Navai qeyd edib.

Xatırladaq ki, o, Ermənistan təxribatı nəticəsində həlak olan şəhidlərimizlə bağlı gec paylaşım etdiyi üçün tənqid olunub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə