Paylaşıma səbəb Maksın erməni ilə dostluğu olub

Paylaşıma səbəb Maksın erməni ilə dostluğu olub

“İticket.az” onlayn satış platforması Ukraynanın pop ulduzu Maks Barskixlə bağlı geniş açıqlama yayıb. SİA xəbər verir ki, sözügedən şirkət ifaçının “İnstaqram” hesabında paylaşım edərək konserti özünün ləğv etmə iddiasını yalanlayıb.

Platforma qeyd edib ki, meneceri onlara Barskixin erməni dostuna görə, həmin paylaşımı etdiyini açıqlayıb: “Maks Barskixin işğalçı ölkəyə (Ermənistana) dəstək olaraq, təxribat xarakterli paylaşımından sonra “iticket” şirkəti tədbirin təşkilatçısı “33 Event Baku” ilə birlikdə saat 09:10-da bilet satışını bağlayıb və konserti ləğv edib. Bundan sonra təşkilatçı sənətçinin meneceri ilə əlaqə saxlayıb və məlum olub ki, paylaşıma səbəb Maksın erməni ilə dostluğu olub”.

...Qeyd edək ki, Maks Barskix artıq paylaşımını silib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə