Tənqiddən sonra paylaşım etdi

Rusiyada populyarlaşan azərbaycanlı bloger Hüseyn Həsənov ünvanına yazılan tənqidlərdən sonra ölkəmzidə baş verənlərlə bağlı paylaşım edib. SİA xəbər verir ki, bununla bağlı o, “İnstaqram”da status paylaşıb.

Hüseyn, “Allah şəhidlərimizə rəhmət eləsin. Başın sağ olsun, Vətən”, - deyə, bildirib.

Qeyd edək ki, Ermənistanın Azərbaycana təxribatı nəticəsində 71 hərbçimiz şəhid olub. Bir neçə gündür sərhəddə vəziyyət gərgin olsa da, Həsənov bu barədə paylaşım etməyib. Sosial şəbəkə istifadəçiləri onu buna görə sərt tənqid edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə