Maks Barskix Azərbaycan xalqına xəyanət etdi

Maks Barskix Azərbaycan xalqına xəyanət etdi

Rusiya və Ukraynanın məşhur müğənnisi Maks Barskix Ermənistana dəstək olub. SİA xəbər verir ki, o, 1,2 milyon izləyicisi olan “İnstaqram” hesabının hekayəsində “Hücum” başlıqlı post paylaşıb.

Sözügedən statusda Azərbaycan əleyhinə ifadələrə yer verilib. Dekabrın 10-da Bakı Konqres Mərkəzində konserti planlaşdırılan sənətçinin bu addımı Azərbaycana xəyanət kimi qiymətləndirilib.

Bu səbəbdən sözügedən tədbirin bilet satışı həyata keçirən “İticket.az” onlayn satış şəbəkəsi "İnstaqram" hesabına yüzlərlə etiraz şərhi yazılıb. Həmçinin, sözügedən paylaşım azərbaycanlılar tərəfindən şikayət olunub. Bunun ardından hekayə deaktiv edilib.

Qeyd edək ki, o dəfələrlə Bakıda təşkil olunan “Jara” musiqi festivallarında çıxış edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə