...Deyirlər yumorist Maksim Qalkin sentyabrın 18-dək Rusiyaya qayıda bilər. Əslində demirlər, ehtimal edirlər. Çünki həmən gün onun övladları Liza və Harri ad günlərini qeyd edəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Söz və əməl” portalı yazır.
Qeyd edək ki, bu il Liza və Harri Qalkin 9 yaşlarını qeyd edəcəklər. Sosial şəbəkə istifadəçiləri onlarının atalarının ad gününü qaçırmayacağını və əkizləri şəxsən təbrik etmək üçün uçub gələcəyini... dediyimiz kimi, ehtimal edirlər.
...“Əkizlərin tezliklə ad günü var. Maksim gələcək?”
...”Qalkinin Rusiyaya qayıdacağına əminəm” (hay gəldi ha...)
Qeyd edək ki, burada sonuncu (hay gəldi ha...) istisna olmasıyla o birilərini Qalkini sevənlər sosial şəbəkələdə yazıblar.
Xatırladaq ki, Qalkin hazırda Yeni Zelandiyada qastrol səfərindədir. O, ABŞ və Kişinyovda da konsertlər verəcəyini deyib.
Lakin... vətəninə qayıtmaq planları barədə hələ ki, Alla istisna olmaqla, heç kimə, heç bir kəlmə də olsun deməyib.
Onu da qeyd edək ki, Qalkin qastrol səfərində olarkən ailənin dostu dizayner İqor Qulyayev...ata əvəzi olaraq uşaqlarının qayğısına qalıb və...onları əzizləyib.
...Bir daha xatırladım ki, İqor “ulduz ailəsi” ilə çoxdan dostluq edir. O hətta son günlər “bekar qalan” Alla Puqaçevanın yeni sevimlilərini də yazmağı bacarıb(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB