"Survivor"da "Avatar Atakan" kimi tanınan Çağan Atakan Aslanın həyat yoldaşı Serap Qorxmazın ikinci körpəsinə hamilə olduğu öyrənilib. SİA xəbər verir ki, "Survivor"da iştirak etdiyi sezonların ulduzu olan və oyunlardakı performansı ilə yadda qalan "Avatar Atakan" ləqəbli Çağan Atakan Aslan verdiyi açıqlamalarla heç vaxt gündəmdən düşməyən adlar arasında olub.
Qazandığı hər xalı oğlu Leona hədiyyə edən "Avatar Atakan" yarışmada yer alırdı və ata-oğul arasında möhkəm sevgi bağı kənardan görünürdü. Sosial medianın fenomeni olan həyat yoldaşı Serap Qorxmaz paylaşımları ilə də diqqət çəkir və ona bəyənmə və şərhlər durmadan artır. Ötən gün xoşbəxt Aslan ailəsindən şad xəbər gəlib. Ailə bu şad xəbəri sosial media hesablarında izləyiciləri ilə bölüşüb. Serap Qorxmazın ikinci körpəsinə hamilə olması, Atakan Aslanın ikinci dəfə ata, Leonun isə qardaş olacağı xəbərləri bütün sevənlərini çox sevindirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB