Oktay Kaynarcanın yeni serialının tarixi AÇIQLANDI

Oktay Kaynarcanın yeni serialının tarixi AÇIQLANDI

Hər kəsin səbirsizliklə gözlədiyi "Ben Bu Cihana Sığmazam"dan gözlənilən xəbər gəlib. SİA xəbər verir ki, Oktay Kaynarcanı yenidən ekranlara gətirən serialın yayım tarixi bəlli olub. ATV-nin yeni serialının sirrini ilk dəfə baş rol ifaçıları Pelin Akil açıqlayıb. "Ben Bu Cihana Sığmazam" adlı ATV serialı tezliklə izləyiciləri ilə görüşəcək.

Serialın yayım tarixi 20 sentyabr çərşənbə axşamı elan edilib. Baş rollarda Oktay Kaynarca, Pelin Akil və Ebru Özkanın yer aldığı serialın ilk çəkilişləri Özbəkistanda aparılıb. Daha sonra çəkilişlərə bir müddət ara verilib və aktyorlar bir müddət dincəlmək imkanı əldə ediblər. İstanbuldakı çəkilişlərlə yanaşı "Ben Bu Cihana Sığmazam" serialının hazırlıqları da intensiv şəkildə davam edir. ATV-nin yeni mövsümünün tanıtım çəkilişlərində serialın baş rol ifaçıları da iştirak edib. Ebru Özkan serialın çəkiliş meydançasında hər kəsin çox şirin olduğunu və əlindən gələni etdiyini bildirib. Aktyor “Çox böyük və gözəl heyətimiz var. Çox dəyərli adlar var” deyib. Pelin Akil bildirib ki, serialı səbirsizliklə gözləyən milyonlarla izləyici var və hər kəs hekayənin nə qədər vacib olduğunu bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə