Ev dustaqlığı ləğv olunan məşhur türk müğənni Gülşənə yeni qadağalar tətbiq olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçiyə ölkədən çıxış qadağandır, həmçinin, o həftədə bir dəfə Türkiyədə olduğunu təsdiq etmək üçün sənəd imzalamalıdır.
Qeyd edək ki, Gülşən Türkiyə Cümhuriyyəti Qanunlarının 216-cı maddəsi ilə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində avqustun 25-də həbs edilib.
Çolakoğlunun vəkilinin etirazını qiymətləndirən İstanbul 27-ci Ağır Cəza Məhkəməsi 29 avqust bazar ertəsi günü onu “iqamətgahı tərk etməmək” şərti ilə azadlığa buraxılmasına qərar verib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB