Bir müddətdir seriallara çəkilməyən Hande Erçel sosial şəbəkədəki populyarlığını başqa bir məşhur ada itirib. SİA xəbər verir ki, Erçel tezliklə dramda oynamasa, siyahıda daha da geriləyəcəyi görünür. Serialda olduqları müddətdə daha çox danışılan adlar ekranda olmayanda daha az gündəmə gəlir. Hande Erçel "Sen Çal Kapımı" serialından sonra uzun müddətdir ki, ekranlarda görünmür.
Aktrisa Kerem Bürsinin baş rolda oynadığı dramdan sonra böyük izləyici kütləsi qazanıb. Dünya miqyasında şöhrət qazanan Hande Erçel 80-dən çox ölkədə nümayiş etdirilən serialla pərəstişkarlarının sayını günü-gündən artırıb. "İnstaqram"da izləyici sayının 30 milyona yaxınlaşması bir çox məşhur adı qısqandırır. Ancaq gündəmdən düşməyə başlayan Hande Erçeldən hazırda yalnız sosial şəbəkədə paylaşdığı fotolarla danışılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB