Puqaçov Qızıl Meydanda görüntülənib

Puqaçov Qızıl Meydanda görüntülənib

Nəhayət ki, Alla Borisovna uşaqları Liza və Harrini də “qoltuğuna” vuraraq paytaxtın Qırmızı Meydanı ilə gəzintiyə çıxarıb. (Qalkinin yeri məlum..?) Puqaçova və onun uşaqlarını müşayiət edən ailənin ən yaxın dostu məşhur rusiyalı dizayner İqor Qulyayev gəzintidən video və fotoları Telegram kanalında yerləşdirib.

Qulyayevin dediyinə görə, belə görünür ki, rusiyalılar Alla üçün çox darıxıblarmış. Çünki belə olmasaydı yoldan ötənlər Primadonna və onun övladlarının əla göründüyünü, Alla Borisovnanın evə qayıtmasına sevindiklərini deməzdilər.

Deyilənlərə görə, SSRİ xalq artisti Alla Puqaçova 18 sentyabr ad günü şərəfinə varislər üçün bayram təşkil edir. Primadonna çoxlu qonaq dəvət etməyi və övladları üçün möhtəşəm şənlik təşkil etməyi planlaşdırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Liza və Harrinin atası, yumorist Maksim Qalkinin bayramda olub-olmayacağı hələlik məlum deyil.

Çünki o hələ də xarici tamaşaçılar qarşısında tamaşalar verməkdədir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə