Bütün bunlar "keçi"yə olan sevgidən irəli gəlib

Bütün bunlar "keçi"yə olan sevgidən irəli gəlib

Rusiyalı müğənni Alla Puqaçova həyat yoldaşı, yumorst Maksim Qalkinə olan sevgisi ucbatından axmaq hərəkətlər edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının keçmiş deputatı Roman Xudyakov bildirib.

Alla Puqaçovanı böyük xalq müğənnisi kimi təqdim edən keçmiş deputat, amma onun “keçi”yə aşiq olduğunu və bütün “fəlakətlərinin” də buradan başladığını bildirir. Xudyakova görə, guya qadınlarda belə hallar olur.

Bir daha xatırladaq ki, Rusiyanın fevralın 24-dən keçirdiyi xüsusi əməliyyat başlayandan bəzi rusiyalı sənətçilər ölkəni tərk etməyə başlayıblar.

Və o cümlədən Alla Puqaçova da, əri Maksim Qalkinlə birlikdə ölkıdın getmişdilər.

Qeyd edək ki, vətənə dönən sənətçi ilk siyasi bəyanatını SSRİ-nin ilk prezidenti Mixail Qorbaçovun ölümündən sonra verib. Onun fikrincə, bu gün insanlar daha parlaq gələcək naminə güzəştə getməyi dayandırıblar və ümumilikdə cəmiyyətdə xeyriyyəçilik aradan qalxıb.

Yeri gəlmişkən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Puqaçovadan bir dənə də olsun anti-Rusiya bəyanatı eşitmədiyini bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə