Popstar illər sonra ortaya çıxdı

Türkiyəli popstar Abidin Özşahin illər sonra ortaya çıxıb. SİA xəbər verir ki, Abidin illər sonra Habertürk-ə müsahibə verib. 2000-ci illərin əvvəllərində yayımlanan və hər kəsi televiziyaya yığan Popstar Türkiyə mahnı yarışmasının qalibi Abidin indi nə edir?

"Mən son illər hobbi kimi musiqi ilə məşğul oluram və əslində təhsil aldığım sahədə olmağa davam edirəm. Bir az yenilənmək üçün Ankarada qurucusu olduğum iki markanın idarəçilik məsləhətləri, istehsal və media sahələrində biznesi idarə edirəm”-deyə, Abidin sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə