Tarkan İzmir marşını oxudu və olanlar oldu

Tarkan İzmir marşını oxudu və olanlar oldu

Türkiyədə İzmir şəhərinin işğaldan azad olunmasının 100-cü ildönümü münasibətilə səhnəyə çıxan meqastar Tarkan yüz minlərlə İzmirlini coşdurub. SİA xəbər verir ki, Alsancak limanından Cümhuriyyət meydanına qədər ərazini dolduran yüz minlərlə izmirli meqastar Tarkanın mahnıları ilə böyük coşqu yaşayıb. Konsertdə çıxış edən Tarkan bunları deyib: “İzmirin işğaldan azad olunmasının 100-cü ildönümü mübarək olsun. Burada olmaq mənim üçün böyük şərəfdir. Çox sağ olun".

Daha sonra Tarkan İzmir Marşı oxuyarkən bir nəfər səhnəyə çıxıb. Dərhal mühafizə xidmətinin müdaxiləsi ilə həmin şəxs Tarkana çatmamış səhnədən uzaqlaşdırılıb. Mühafizəçilərə müraciət edən Tarkan “Dostunuza qarşı mehriban olun, bu sevgi nümayişi idi” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə