Fahriye Evcen və Burak Özçivitin ikinci körpəsinin cinsiyyəti MƏLUM OLUB
2017-ci ildə ailə quran türkiyəli məşhur cütlük Fahriye Evcen və Burak Özçivit xoşbəxt evlilikləri ilə maqazin dünyasının sevimli adları sırasındadır. SİA xəbər verir ki, evliliklərini Karan adlı oğulları ilə taclandıran Özçivit ailəsi indi ikinci övladlarının həyəcanını yaşayır.
Gözlənilən xəbər Burak Özçivit və 4 aylıq hamilə həyat yoldaşı Fahriye Evcendən gəlib. Cütlüyün ikinci körpəsinin cinsi məlum olub. Əldə edilən məlumata görə, Fahriye Evcen və Burak Özçivitin ikinci körpəsi oğlan olacaq. Doğum üçün günləri sayan ikili xoşbəxt xəbəri ailələri ilə bölüşüblər. İkinci körpələri üçün həyəcanlı olan cütlükdən yaraşıqlı aktrisaya iyunun 23-də şad xəbər alan jurnalistlər belə sual verib. "Özünüzü necə hiss edirsiniz?". O, suala belə cavab verib: "Yeni öyrəndik, inanılmaz həyəcanlıyıq. Çox xoşbəxtik. O qədər yenidir ki, Karana deməyə imkanımız belə olmadı. Gördüyünüz kimi, hətta yolu azdım, fərqində olmadan bağlı yola çıxdım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB