İbrahim Tatlıses yenə əlil arabasında səhnədədir

İbrahim Tatlıses yenə əlil arabasında səhnədədir

Türkiyədə yol qəzası zamanı topuq sümüklərində sınıq olan məşhur sənətçi İbrahim Tatlısəs Manisanın düşmən işğalından azad edilməsinin 100-cü ildönümü tədbirləri çərçivəsində konsert verib. SİA xəbər verir ki, Tatlısəs Muğla konsertindən sonra Manisada ayaqları sarğı ilə əlil arabasında oturaraq pərəstişkarlarına mahnı oxuyub. İfası ilə bəyənilən Tatlısəs pərəstişkarlarına unudulmaz gecə yaşadıb. Oturduğu yerdən verdiyi konsertdə ayağını tamaşaçılara qarşı uzatmaq məcburiyyətində qaldığı üçün pərəstişkarlarından üzr istəyən Tatlısəs qəzadan sonra xəstəxanada yaşadıqlarından danışıb. Tatlısəs, "Hadisədən saat yarım sonra mənə telefon gəldi. Prezident zəng edir" dedilər.

Bütün xəbərlər Facebook səhifəmizdə