“Ölkə dağılır” sözlərini xatırlatdı və paylaşdı... - FOTOLAR

“Ölkə dağılır” sözlərini xatırlatdı və paylaşdı... - FOTOLAR

Son zamanlar təqib xəbərləri, LGBT və Cem Yılmaz tənqidləri ilə gündəm olan Mehmet Əli Ərbilə qızı Yasmin Ərbil müraciət edib. SİA xəbər verir ki, atasının “Ölkə dağılır” sözlərini xatırladan Yasmin diqqətçəkən paylaşım edib.

Mehmet Əli Ərbilin qızı Yasmin Ərbil sosial şəbəkədəki paylaşımları ilə tez-tez gündəm olur. Mehmet Əli Ərbil və Nergis Kumbasarın qızları Yasmin Ərbil bu dəfə atasına istinadla gündəmdədir. Bu yaxınlarda bir qəzetə müsahibə verən Mehmet Əli Ərbil dediyi sözlərlə gündəm olub. "Homoseksuallıq mənim üçün pozğunluqdur" ifadəsini işlədən Ərbil LGBT fərdləri haqqında "Mənim də 16 yaşında bir oğlum var. Gənclərimizi belə azğınlardan qorumalıyıq" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə