Aktrisanın gəliniyini ağcaqanad toruna bənzətdilər

Aktrisanın gəliniyini ağcaqanad toruna bənzətdilər

Məşhur türkiyəli aktrisa Demet Özdemir həyatını Oğuzhan Koçla bağlayarkən onun toydakı ilk gəlinliyi sosial mediada lağ mövzusu olub. SİA xəbər verir ki, Özdemir gəlinliyini çəngəlliyə bənzədənlərə elə cavab verib ki, deməyə sözü qalmayıb. Demet Özdemir və Oğuzhan Koç cütlüyünün toyunun əks-sədaları hələ də davam edərkən, Özdemirin geyindiyi 3 gəlinlik hələ də danışılır.

Toyda ən diqqət çəkən detal məşhur aktrisanın geyindiyi gəlinlik olub. Demet Özdemir toy zamanı Eda Güngör Gözəl Geyimlər Muzeyinin hazırladığı gəlinlikdə qonaqların qarşısına çıxarkən, toydan sonra Nihan Pekerin hazırladığı ikinci gəlinliyi ilə göz qamaşdırıb. Günlərdir sosial şəbəkədə danışılan gəlinliklər lağ mövzusuna çevrilib. Bəzi sosial media istifadəçiləri aktrisanın geyindiyi ilk gəlinliyi sürüşməyən xalçaya bənzədib, bəziləri isə ağcaqanad torunu müqayisə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə