Tanınmaz aktyor rola çəkilmək üçün 270 kilo oldu - FOTO

Tanınmaz aktyor rola çəkilmək üçün 270 kilo oldu - FOTO

"Mumiya" serialı ilə parlayan və uzun müddət böyük ekrandan uzaq qalan ABŞ aktyoru Brendan Freyzer "The Whale" filmindəki roluna görə kökələrək 270 kiloqrama qədər gedib. SİA xəbər verir ki, rejissor Darren Aronofskinin çəkdiyi “The Whale” filmi 79-cu Venesiya Film Festivalında nümayiş etdirilib.

Tənqidçilərin rəğbətini qazanan film 6 dəqiqə ərzində sürətli alqışlarla qarşılanıb. Aktyor bu müddət ərzində göz yaşlarını saxlaya bilməyib. Freyzer alqışlar zamanı filmin rejissoru Aronofskini qucaqlayıb. Zalı tərk etmək istəyən aktyor alqış sədaları altında tamaşaçıları salamlayanda göz yaşlarına boğulub. Freyzer piylənmə ilə yaşayan və 17 yaşlı qızı ilə yenidən əlaqə saxlamaqda çətinlik çəkən bir adamı canlandırır. Freyzer onu "Mumiya" seriyası ilə fəth edib. İndiana Cons tipli macəra üçün darıxan tamaşaçılar “Mumiya” filmindəki Rik obrazını çox bəyəniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə