Tacik əsilli müğənni Manija rejissor və klip rejissoru Lado Kvataniya ilə evlənib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kseniya Sobçak özünün “Qanlı xanım” Telegram kanalında məlumat verib.
“Hazırda Manija və rejissor Lado Kvataniya Moskva vilayətində Nikolina Qorada üzüklərini dəyişiblər! Mərasim başa çatıb, möhürlər vurulub, sevgi qalib gələcək” .
Bunları yazan Sobçak yeni evlənənlərə böyük xoşbəxtlik arzulayıb.
Kseniya Sobçakın dediyinə görə, Manija və Lado Kvataniyanın evlənəcəyi ona hələ 2021-ci ilin noyabrında məlum imiş. Sonradan rəsmi şəkildə qızın “hərisi” alınıb.
Eyni zamanda, nişanın 2021-ci ilin yayında baş tutması təklif edilsə də, cütlük bunu bir müddət gizlədib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB