Aleyna Tilki konsertini niyə ləğv edib? - FOTO

Aleyna Tilki konsertini niyə ləğv edib? - FOTO

Türkiyədə keçirilən “Noah” festivalında gənc müğənni Aleyna Tilki və reper Murda arasında dava olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tilki “Kadıköydəki səhnəmlə bağlı ehtiyaclarıma həssaslıq göstərmədikləri və müqaviləyə əməl etmədikləri üçün səhnəyə çıxmıram” deyə, paylaşım edərək konsert verməyib.

Sonradan məlum olub ki, o, reper Murda ilə “səhnəyə ən sonda mən çıxacağam” davası aparıb. Murda təklifi qəbul etməyib, buna görə də Aleyna konsertini ləğv edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə