İmam hatip tərəfdarlarının ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün 3 ilə qədər həbs cəzası alan Gülşənə qarşı artıq 702 nəfər şikayətçi qismində müraciət edib. SİA xəbər verir ki, Gülşənin hakim qarşısına çıxacağı tarix yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, Türkiyəli müğənni Gülşən Çolakoğlu aprelin 30-da İstanbul Ataşehirdə verdiyi konsertdə “İmam əvvəl xətibdə oxumuşdu, təhrifi oradan gəlir” kimi ifadələr işlədib. Gülşənin bu sözlərindən sonra İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Nəzarətə alınan Gülşən ifadəsinin alınması üçün İstanbul Ədliyyə Sarayına gətirilib. Həbs olunaraq həbsxanaya göndərilən Gülşən qərardan verilən Apellyasiya şikayəti qəbul olunduqdan sonra evini tərk etməmək şərti ilə sərbəst buraxılıb. Prokurorluğun hazırladığı iddianamədə şübhəli Gülşənin "ictimaiyyəti kin və düşmənçiliyə sövqetmə və ya alçaltma" cinayətindən 1 ildən 3 ilə qədər həbs edilməsi istənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB