Rusiyalı müğənni Maşa Rasputina Türkiyədə oğurluğun qurbanı olub.
SİA-nın əldə etdiyi məlumata görə, xəbəri “Prozvezd” saytı yayıb.
Beləliklə, saytın yazdığına görə, sənətçi Türkiyənin elit mağazalarından birində alış-veriş edərkən qarət edilib. Müğənni paltarı sınayarkən aksessuarlarını əsas zalda stolun üzərinə qoyub. Ancaq geri qayıdanda onları yerində tapmayıb. Sonradan onların oğurlandığı məlum olub. Baş verənlərdən qəzəblənən müğənni mağaza müdirini çağırtdırsa da, heç nəyə nail ola bilməyib.
Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət edən sənətçi butikin işçilərindən şikayətlənib. Onun fikrincə, elit mağazada nizam-intizamı onlar saxlamalıdırlar.
Hadisənin şahidi olan Valeriya Sveridovaya görə, adətən səhnədə güclü qadın təsiri bağışlayan Maşa, bu dəfə sanki səcdədə idi.
...Və mağazanı tərk edərkən elə bil özündə deyildi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB