Məşhur model üçüncü dəfə ana olub

Məşhur model üçüncü dəfə ana olub

Dünyaca məşhur model Adriana Limanın oğlu dünyaya gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Adriana sosial şəbəkə hesabında məlumat paylaşıb.

41 yaşlı model yeni doğulan körpəsinin adını Cyan qoyduqlarını bildirib. Bu ad Maldiv adaları, Baham, Bora-Bora kimi yerlərdə suyun gözəl rənglərindən ilhamlanıb.

Qeyd edək ki, Adriana Limanın ilk evliliyindən daha iki qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə