Hadisə səhnədə ağladı - SƏBƏBİNİ AÇIQLADI

Hadisə səhnədə ağladı - SƏBƏBİNİ AÇIQLADI

Məşhur türk müğənni Hadise İzmir konserti zamanı kövrəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, “Küçük bir yol” mahnısını ifa edən vaxt ağlamağa başlayıb.

Həmin anları sosial şəbəkə hesabında paylaşan Hadise sözügedən mahnının onun üçün çox özəl olduğunu vurğulayıb: “Düz iki il əvvəl bu gün həyatımın mahnısı adlandırdığım “Küçük bir yol”u təqdim etdim. Bizi belə güclü və mənalı mahnı ilə bir araya gətirdikləri üçün mahnının sözlərini yazan Devrim və Meteyə təşəkkür edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə