Türkiyənin "Erşan Kuneri" serialında birlikdə rol alan Cem Yılmaz və Uraz Kaygılaroğlu gündəmdəki yerini qoruyub. SİA xəbər verir ki, ikili Şotlandiyaya getdikdən sonra sosial mediada ən çox danışılanlardan biri olub. Yılmaz və Kayğılaroğlunun Şotlandiyanın milli geyimi olan kilt geyindiyi poza böyük maraqla qarşılanıb. Melike Şahinin səhnəyə çıxdığı konsertdə Yılmaz və Kaygılaroğlu yenidən bir araya gəlib. “Fesuphanallah” mahnısı oxunarkən ikili bir-birini ifa edərək mahnını müşayiət ediblər. Həmin anlar konsertə baxmağa gələn tamaşaçılar tərəfindən belə görüntülənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB