Serialdan ayrılan ulduz oyunçunun taleyi açıldı

Serialdan ayrılan ulduz oyunçunun taleyi açıldı

Türk serialları tarixinin ən uzunömürlü istehsallarından biri olan "Arka Sokaklar" 17-ci sezonu ilə ekranlara gəlməyə hazırlaşır. SİA xəbər verir ki, geniş izləyici kütləsi olan serial aktyor heyətində dəyişikliklərlə tez-tez gündəmə gəlir. Məşhur serialda yer alan və vidalaşan aktyorlar böyük maraqla izlənilir. Nəhayət, uzun müddətdir “Arka Sokaklar”da rol alan məşhur aktyorun vidalaşmasından danışılıb, onun yeni serialı maraq doğurub. “Arka Sokaklar”dan ayrıldıqdan sonra sevilən futbolçunun taleyi açılıb. Məşhur aktyor bir yox, iki yeni serialla qayıdır.

"Arka Sokaklar"ın uzun sürən uğurlu macərasından sonra Merve Oflazın hansı serialla çəkilişlərə dönəcəyi maraq mövzusu olub. Oflaz setlərə bir yox, iki seriya ilə qayıdır. Seriallardan biri - "Numen"... Məşhur aktrisa "Disney Plus" üçün çəkilən və Halit Ergenç, Melis Sezen, Songül Öden kimi adların çəkildiyi serialla razılaşıb. Özer Feyzioğlunun rejissor kürsüsündə oturduğu layihədə insanın ixtirasından sonra onun dəyişən həyatı danışılır.

"Medyapım"ın FOX üçün çəkdirdiyi Alina Boz, Tarık Emir Tekin, Nazan Kesal, Müfit Kayacan, Hazal Filiz Küçükkösenin bir araya gəldiyi "Zəngin Kız" serialında Merve Oflaz da yer alıb. Merve Oflaz serialda sürpriz obrazı canlandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə