“Bir yaş da cavanlaşdın bu gün, Pınarım” - ƏRİ BELƏ TƏBRİK ETDİ

“Bir yaş da cavanlaşdın bu gün, Pınarım” - ƏRİ BELƏ TƏBRİK ETDİ

Türk aktrisa Pınar Altuğ növbəti ad gününü qeyd edib. SİA xəbər verir ki, sənətçinin 48 yaşı tamam olub. Aktrisanın özündən 9 yaş balaca həyat yoldaşı Yağmur Atacan bu münasibətlə paylaşım edib.

O, xanımının makiyajsız və təbii fotosunu izləyiciləri ilə bölüşüb: “Gözəl sevgilim, yaş günü qeyd edilməyi, ən çox da sevilməyi sevir. Sevgi dolu ailəmizin kraliçası, qızım və mən yeni yaşının gözəl olması üçün əlimizdən gələni edəcəyik. Bir yaş da cavanlaşdın bu gün, Pınarım”, - deyə, aktyor bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə