Dünyaca məşhur festivala qatılacaq

Məşhur türk aktrisa Dilan Çiçək Dəniz bu il avqustun 31-dən sentyabrın 10-dək keçiriləcək Venesiya Film Festivalına gedir. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünyaca məşhur moda nəhəngi "Armani" tərəfindən xüsusi qonaq kimi dəvət olunan aktrisa Avstraliyanın Hollivud əfsanəsi Keyt Blanşettlə görüşəcək.

Onlar birlikdə qırmızı xalçadan keçəcəklər. Dilan Çiçək Dəniz festivalın qalalarına qatılaraq Türkiyəni tanıdacaq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə