Deyirdim axı,..bu belə qalmayacaq, budur, yerin “yiyəsi qayıdıb”. Özü də, gələn kimi hər şeyi yerinə qoyacağına söz verib. İnanmırsınız, budur, Alla Borisovna Moskvaya çatan kimi belə də deyib: gəlmişəm “poryadok navesti”.
Deyirəm, Allanın belə iddialı danışmağından...görünür ki, onun yxarılara da əli çatır..?
Beləliklə, daha əvvəl Rusiyaya qayıtması xəbəri yayılan estrada müğənnisi Alla Puqaçova ilk olaraq evdə nə etməyi planlaşdırdığı ilə bağlı “REN TV”nin sualını cavablandırıb.
Özü də ev işləri görməyin pərgarı olan biri kimi, “...evdə səliqə-sahman” yaradacağını deyib.
Qeyd edək ki, şənbə günü dizayner İqor Qulyayev Puqaçovanın, ehtimal ki, Moskvanın mərkəzində çəkilmiş videosunu yerləşdirib. Səs yazısında o, çoxdan qayıtdığını, lakin gəlməyə hazırlaşa bilmədiyini deyir.
Xatırladaq ki, sənətçinin ailəsi son altı ayı İsrail və Latviyada keçirib. O, uşaqları məktəbə aparmaq üçün dərs ilinin əvvəlinə qədər Rusiyaya qayıtmağı planlaşdırdığını bildirmişdi.
...Maksim Qalkin isə hələ də xarici qastrol səfərini davam etdirir. Görən, o da gələcəkmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB