Türk müğənni Gülşen İmam Hatiplərlə bağlı ifadələrinə görə dünən gətirildiyi məhkəmə tərəfindən həbs edilərək Bakırköy Qadın Qapalı Cəzaçəkmə Müəssisəsinə göndərilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənninin vəkili məhkəmənin qərarına etiraz edib.
Gülşənin İmam Hatip tərəfdarlarının ünvanına söylədiyi sözlərə görə "xalqı kin və düşmənçiliyə sövq etmək və ya alçaltmaq" maddəsi ilə istintaq başladılıb. O, polis qrupları tərəfindən ifadəsi alınmaq üçün ədliyyəyə gətirilib.
O, prokurora verdiyi ifadədən sonra Sülh Cəza Hakimliyi tərəfindən həbs edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.
Gülşənin vəkili Emek Emre İstanbul Ədliyyə Sarayına gələrək 26-cı Ağır Cəza Məhkəməsinə müraciət edib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB