Anar Ağakişiyev Gülşənin həbsinə belə reaksiya verdi - FOTO

Anar Ağakişiyev Gülşənin həbsinə belə reaksiya verdi - FOTO

Məşhur stilist Anar Ağakişiyev türkiyəli müğənni Gülşənin həbs olunmasına münasibət bildirib. SİA xəbər verir ki, stilist bunu haqsızlıq adlandırıb.

O, "Böyük haqsızlıq, bir sənətçiyə belə edilməz. Həm də belə bir sənətçiyə. Uşaq təcavüzkarları və qadınaşiddət göstərənlər, heyvan təcavüzçüləri - hamısı əlini, qolunu sallayıb ortada gəzir. Amma böyük sənətkar bir sözünə görə həbs edildi. Hansı zəmanədə yaşayırıq, başa düşə bilmirəm" deyib.

Qeyd edək ki, Gülşən ötən gün "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs olunub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə