Türk müğənni Gülşənə İmam Hatip Liseyi şagirdlərinin ünvanına dediyi sözlərə görə "xalqı kin və düşmənçiliyə sövq etmək" cinayəti ilə bağlı rezident istintaq başladılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Gülşənin səhnədə İmam Hatip Liseyi şagirdlərinin ünvanına söylədiyi fikirlərə görə İstanbul Respublika Baş Prokurorluğu Türkiyə Cəza Məcəlləsinin 216-cı maddəsi çərçivəsində rezidenti istintaqa başlayıb.
Prokurorluqdan verilən açıqlamada ona hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hazır olması barədə göstəriş verildiyi bildirilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB