Toyuna keçmiş əri qatılmadı

Amerikalı müğənni və aktrisa Cennifer Lopez ilə aktyor və rejissor Ben Afflek cütlüyü ailəsi və yaxınlarının iştirak etdiyi üç günlük mərasimlə toy edirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, toyun ilk iki gecəsi bitib.

Toy Afflekin Corciyadakı 8,9 milyon dollarlıq malikanəsində keçirilir. Cütlüyün bu özəl gününə onların keçmiş həyat yoldaşları qatılmayıb.

Onların toy fotolarını milyonlarla dollara satacaqları gözlənilir. 2004-cü ildə evlilik astanasından qayıdan və 2021-ci ildə yenidən barışan cütlük ötən ay Las-Veqasda evlənib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə