"Şair-bəstəkar" Reznik Allanin bir “bicliyinin” də üstünü açıb
Necə deyirlər...aləmdirlər ey...
Deməli, bu günlərdə rusiyalı bəstəkar İlya Reznik Puqaçovanın dünənə qədər ancaq onun bildiyi bir “bicliyinin” üstünü açıb. “Böyük bəstəkara” görə, Alla Borisovna bu bicliyi guya populyar olmaq üçün “yeridirmiş”.
Burada SİA Reznikə sual etmək istəyir: “niçeqo delat”..?
Beləliklə, Reznik in Mərkəzi Televiziya kanalına danışdığına görə, müğənni mahnılarının geniş ekranlara çıxmasını arzulayırdı. Amma buna imkan verilmirmiş.
Belə olan halda o say hesabı ikinci olan əri, rejissor Aleksandr Stefanoviç ilə birlikdə "Mosfilm"in direktoru Nikolay Sizov üçün maraqlı bir əfsanə işləyib hazırlayırlar.
Onların dediyinə, yox, uydurduqlarına görə, Moskva vilayətində Boris Qorbonos adlı gənc bəstəkar yaşayır. Leykemiyadan əziyyət çəkən şair ölüm ayağındadır və ölümqabağı... vida kimi üç gözəl mahnı yazıb. Hazırda onun son dünya arzusu Alla Puqaçovanın onları oxuduğunu eşitməkdir
İlya Reznik sözlərinə görə, Sizov Puqaçovanın bu hekayəsindən hədsiz dərəcədə təsirlənib və bundan sonra müğənninin mahnılarının ekranlara çıxmasına icazə verib.
...Deyirəm, bunların qələminə düşməyəsən,..xatırladım ki, ötən gün, “şair-bəstəkar” Reznik yox, bir başqası Puqaçovanı rəqibləri ilə mübarizədən necə kənarlaşdırdığından danışmışdı.
...belə görünür ki, ardı hələ də olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB